Bakı-Tiflis-Ceyhan neft kəməri yaxınlığında, Ağdaş rayonu ərazisindən keçən sahədə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
FHN qüvvələri tərəfindən yanğın söndürülüb. Yanğın 5 ha sahəni əhatə edib. Hadisə ötən bazar günü baş verib.
Hazırda yanğının səbəbləri araşdırılır.