SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” Istehsalat Birliyi (İB) bazae ertəsi Azərbaycanın Naftalan şəhəri və Goranboy rayonunun qaz təchizatına məhdudiyyətlət qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Goranboy-Naftalan qaz kəmərinin 2,6-ci km-də əmələ gələn qaz sızmasının ləğvi ilə əlaqədar, saat 10:00-dan etibarən bu qaz kəməri vasitəsilə təbii qaz təchizatı dayandırılıb”, - deyə şirkətdə qeyd ediblər.
Bununla əlaqədar, Naftalan şəhəri və həmçinin Goranboy rayonun ərtaf kənd və qəsəbələrində mavi yanacağın verilişində fasilələr yaranacaq.
SOCAR-ın məlumatına görə, qeyd edilən yaşayış məmtəqələrin qaz təchizatı bazar ertəsi saat 17:00-dan sonra bərpa ediləcək.