Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 68 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə Azərbaycanda baş vermiş bədbəxt hadisələr nəticəsində 16 nəfər həlak olub, 45 nəfər yaralanıb, 4 nəfər intihar edib, 26 yanğın hadisəsi baş verib, nəticədə 2 nəfər həlak olub, 1 nəfər yanıq xəsarətləri alıb.
5 nəfər qətldə, 6 nəfər sui-qəsddə və qəsdən bədən xəsarətləri yetirməkdə, 5 nəfər qarət və soyğunda, 34 nəfər oğurluqda, 3 nəfər avtomobil qaçırmaqda, 4 nəfər dələduzluqda, 1 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Həmçinin qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 32 fakt qeydə alınıb.