Italiya Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən elan edilən tenderin qalibi olub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti bazar ertəsi məlumat verib.
Tender Rusiya, Slovenya, İsveçrə və İtaliya dizayner evləri arasında keçirilib. İtaliyanın “Ermanno Scervino” Moda evi qalib elan edilib. Bu moda evinin rəhbəri Toni Scervino ilə əməkdaşlıq hələ 2011-ci ildə başlanılıb. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.
Hazırda Toni Scervino Azərbaycandadır, onun səfəri çərşənbə axşamı başa çatacaq.