Ötən həftə Bakıda və Azərbaycanın yollarında 34 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər həlak olub, 67 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Ən ağır yol qəzası Bakının Nizami rayonu ərazisində baş verib. “Daewoo” markalı sərnişin avtobusu ilə “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində avtobus aşıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Paytaxtın Qaradağ rayonunda da avtobus aşıb. Qəza nəticəsində 5 nəfər yaralanıb. Bakının Xətai rayonunda “VAZ 21099” markalı avtomobilin dəmir hasara çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.