Rusiyada prezident seçkilərinin keçiriləcəyi bazar günü respublika ərazisində olan Rusiya vətəndaşları üçün Azərbaycanda iki seçki məntəqəsi açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya Federasiyasının Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məntəqələrdən biri səfirliyin, ikincisi Qəbələdəki “Daryal” analitik –informasiya mərkəzinin (Qəbələ RLS) ərazisində açılacaq.
Səfirliyin məlumatına əsasən, Azərbaycanda səsvermə hüququ olan 6358 Rusiya vətəndaşı qeydiyyatdadır.