Martın 1-də Bakıda Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin yüngülləşdirilməsi və readmissiya sazişləri ətrafında danışıqlara başlanılır. Bu barədə Aİ-nin respublikadakı nümayəndəliyinin mətbuat xidməti məlumat verib.
Bu məqsədlə 1-2 mart tarixlərində Aİ-nin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbər müavini Rob Rozenburq və Viza Siyasəti Bölməsinin rəhbər müavini Diederik Paalmanın həmsədrliyi ilə nümayəndə heyəti Bakıya səfər edəcək.