Azərbaycan xarici işlər nazirinin müavini, respublikanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı baş danışıqçı Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 20-24-də Cenevrədə səfərdə olub. Bu barədə bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti kənd təsərrüfatı məsələləri üzrə çoxtərəfli görüşdə, ÜTT-yə üzv olma üzrə işçi qrupun doqquzuncu iclasında, eləcə də ABŞ, Norveç, Kanada, Avropa İttifaqı, Yaponiya və Ekvador nümayəndələri ilə mal və xidmətlər üzrə ikitərəfli danışıqlarda iştirak edib.