Bakıda bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının geyimlərinin eskizlərinin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Formanın parşası çox keyfiyyətli, rahat, “nəfəs alan”dır. Bir sözlə, idmançılara rahat və komfortlu olmaq üçün hər bir şey nəzərə alınıb. Bütün geyim İtaliyada istehsal ediləcək və biz keyfiyyətə 100 faiz zəmanət veririk”, - deyə moda evinin rəhbəri Toni Şervino çərşənbə axşamı təqdimatda bildirib.
Azərbaycanla əməkdaşlıq perspektivləri barədə sulı cavablandırarkın o qeyd edib ki: “Gələcəkdə də əməkdaşlıq etmək istərdik, çünki ölkəniz çox gözəl və gülərüzdür. Azərbaycanda butiklərin açılması mümkündür, lakin mən daha artığına da ümid edirəm”, - deyə o bəyan edib.
Modelyerin sözlərinə görə, onun rəhbəri olduğu moda evi ötən il Qış Olimpiya Oyunlarında çıxış etmələri üçün Rusiya yığmasının geyimlərini hazırlayıb. T.Şervino məlumat verib ki, Azərbaycan olimpiyaçılarının geyimlərinin təqdimatı təxminən 2 aydan sonra keçiriləcək.
Bununla yanaşı, bazar ertəsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Toni Şervino ilə görüşüb. Görüş zamanı Azərbaycan milli yığmasının idman geyimlərinin dizayn və konstruksiyası müzakirə edilib. M.Əliyeva tövsiyələrini izah edərək qeyd edib ki, geyim Azərbaycanın milli koloriti, dövlət atributlarını və bayrağının rənglərini əks etməlidir.
Qonaq öz növbəsində, ən yüksək standartlara cavab verən geyim hazırlamaq üçün əlindən gələni edəcəyinə söz verib.
Italiya Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən elan edilən tenderin qalibi olub.
Tender Rusiya, Slovenya, İsveçrə və İtaliya dizayner evləri arasında keçirilib. İtaliyanın “Ermanno Scervino” Moda evi qalib elan edilib. Bu moda evinin rəhbəri Toni Scervino ilə əməkdaşlıq hələ 2011-ci ildə başlanılıb.