Mahaçqala şəhəri yaxınlığında Xəzər dənizində Azərbaycana məxsus “Mühəndis Nəzərov” tankeri yanır. Bu barədə “İnterfaks-Cənub” agentliyinə regionun hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Azərbaycana məxsus tanker Mahaçqaladan 5-7 km məsafədə yanır. İlkin məlumata əsasən, göyərtənin üst tikilisi alışıb. Gəmidə neft məhsulları yoxdur”,- deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, hadisə yerinə yedək və iki kater göndərilib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.