“Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) martın 1-dən etibarən Bakı Dəmiryol Vağzalında nağdsız ödəniş sistemini tətbiq edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
“Sərnişinlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə mart ayının 1-dən etibarən Bakı Dəmiryol Vağzalı ərazisində biletin qiymətini nağdsız ödəniş üçün plastik kartlardan istifadə üçün pos-terminallar fəaliyyət göstərəcək”, - deyə ADY-da qeyd ediblər.
QSC-nin məlumatına görə, nağdsız ödəniş sisteminin tətbiqinə dair hazırlıq işlərləri artıq başa çatıb, vağzal kassalarında pos-terminallar quraşdırılıb və kassirlər üçün təlimlər keçirilib.