Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dünya dini liderlərinin IV qurultayına dəvət olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri QMİ sədri ilə Qazaxıstan Senatının xüsusi nümayəndəsi arasında keçirilən görüşdən məlumat verib.
Qazaxıstan Senatının xüsusi nümayəndəsi Oralbay Abdıkarimov A.Paşazadəni bu il Astanada keçiriləcək dini liderlərin IV qurultayına dəvət edib.
Çərşənbə axşamı Bakıda keçirilən görüş zamanı tərəflər mədəniyyət, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.
Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov da iştirak edib.