Azərbaycan Prezidenti İlham Əliyev regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib.
Rəsmi mətbuatın məlumatına görə, dövlət başçısı çərşənbə axşamı “Bakı Expo” Mərkəzində keçirilən konfransda çıxış edib.
Konfrans iştirakçıları regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələri müzakirə ediblər.
Məlumatda qeyd edilir ki, konfransda həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və b. çıxış ediblər.