Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Görüşdə S.Əbiyev qonağa regiondakı qeyri-sabit hərbi-siyasi vəziyyət və Azərbaycan torpaqlarının bir hissəsinin erməni separatçıları tərəfindən işğalının davam etməsi barədə məlumat verib. Nazirin sözlərinə görə, bu şəraitdə ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalmaqda davam edir.
Rumıniyalı müşavir öz növbəsində qeyd edib ki, onun ölkəsi Azərbaycanla hərbi-strateji əməkdaşlığın dərinləşməsində maraqlıdır. O həmçinin, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın probleminə yaxından bələd olduğunu vurğulayıb.