Qəbələ RLS-ın icarə müddətinin uzadılması ilə bağlı Rusiya və Azərbaycan arasıda danışıqlar konstruktiv keçir. Bu barədə “İnterfaks-AVN” agentliyinə müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.
“Qəbələ RLS-lə bağlı danəşəqlar davam edir, birinci raund çox konstruktiv keçib. Yaxın zamanda Rusiya nümayəndə heyətinin danışıqları davam etdirmək üçün Azərbaycana səfərinin tarixini azərbaycanlı həmkarlarımızla müəyyən edəcəyik”, - deyə A.Antonov məlumat verib.
Bakının RLS üçün icarə haqqının illik $7 mln.-dan $300 mln.-na qədər qaldırılması şərtinin Rusiya tərəfi üçün qəbuledilməz olduğundan, RF və Azərbaycan arasında danışıqların dalana dirənməsi barədə mətbuatda dərc edilən məlumatı o belə şərh edib.
O xatırladıb ki, danışıqların birinci raundu 2012-ci ildə artıq keçirilib. Burada Rusiya tərəfini Müdafiə naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini – hökumətin birinci baş nazirinin müavini Yaqub Eyyubov təmsil edib.
“Qəbələ RLS-lə bağlı danışıqların davam etdirilməsi üçün Azərbaycana səfər edəcək Rusiya nümayəndə heyətinə mən rəhbərlik edəcəyəm”, - deyə A.Antonov bildirib.
İnformasiya-analitik mərkəz statusu ilə “Dəryal” RLS Qəbələ rayonunun ətrazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı – illik $7 mln. təşkil edir. İnformasiya-analitik mərkəz statusuna malik stansiyanın icarəsi barədə qüvvədə olan saziş 2012-ci ildə bitir.
Xəbər verildiyi kimi, RF müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiyanın Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəlib.
Ekspertlərin rəyinə görə, Qəbələ RLS Rusiyanin RƏM sisteminin vacib elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir. Rusiya ABŞ-a Qəbələ RLS-i birgə RƏM maraqları çərçivəsində istifadə etməyi təklif edib.
RF Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya İdarəsinin məlumatına görə, A.Serdyukov və Y.Eyyubovun arasında keçirilən danışıqlar zamanı müvafiq ikitərəfli sənədin hazırlanması və vaxtında imzalanması məqsədilə bu məsələyə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Öncədən, 2011-ci ilin noyabr ayında A.Serdyukov bəyan edib ki, Rusiya Qəbələ RLS-i tam yenidən qurmağı planlaşdırır.