Litvanın Vilnüs şəhərində keçiriləcək “VİVATTUR 2012” beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
2-4 mart tarixlərində Vilnüsdə keçiriləcək “VİVATTUR 2012” beynəlxalq turizm sərgisində iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin əməkdaşlarından ibarət nümayəndə heyəti Vilnüsə səfər edib.
Sərgidə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 25 kv.m sahə icarəyə götürülüb və ingilis dilində 20 adda müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.
Sərgidə Azərbaycanla yanaşı, 17 ölkədən 192-yə yaxın şirkət təmsil olunacaq. Azərbaycan ikinci dəfədir ki, “VİVATTUR” sərgisində iştirak edir.