Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynı qəbul edib. Bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı qonaq Pakistanın üzləşdiyi problemlərdən bəhs edib və Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olması üçün ölkəsinin strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
E.Məmmədyarov Pakistanın Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyini qəti şəkildə dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib.
Tərəflər arasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.