Martın 2-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev və Ali treydinq məktəbinin baş direktoru Sergey Semyonovun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı “Birinci şəxsdən Forex” beynəlxalq konfransına həsr olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi yeni binada aşağıdakı ünvanda yerləşir: İçərişəhər, V.Mustafazadə küç. 6/10, “Sahibtac” biznes-mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07