“Bank ABB-Moskva” MMC 2011-ci ildə buraxılan plastik kartların sayını 17% - 31,708 min vahidə qədər artırıb. Bu barədə Azərbaycan Beynəlxalq Bankdan (ABB) məlumat verilib.
2011-ci ildə bankın buraxılan plastik kartlarının dövtiyyəsi 920,6 mln. rubl təşkil edib, bunun 690,2 mln. rublu bankomatlar vasitəsilə, daha 230,4 mln. rubl – ticarət nöqtələrində ödənişlər üçün istifadə edilib.
“ABB-Moskva” bankın 2012-ci il yanvarın 1-nə bankomatlarının sayı 27 təşkil edib, 88 ticarət obyektlərində bankın pos-terminalları quraşdırılıb.
“ABB-Moskva” ABB-nın 100%-lik törəmə strukturu kimi 2002-ci ildə təsis edilib.