Qubada baş verən hadisələrin bəzi qüvvələr tərəfindən üsyan və ya inqilab kimi təqdim olunması əsassız və cəfəngiyyatdır. Bu barədə Milli Məclisinin vitse-spikeri Bahar Muradova cümə günü jurnalistlərə bildirib.
“Məsələn, cümə axşamı Parisdə yüzminlik mitinq keçirilib. Bu cür hadisələri inqilab kimi qiymətləndirmək olmaz. İnsanların onları narahat edən sosial məsələlərlə bağlı fikir və etiraz bildirməsi normal haldır. Bu, onların hüququdur”, - deyə B.Muradova bildirib.
Bu aksiyanın ilhamvericisinin xarici qüvvələr ola biləcəyi ehtimalını şərh edərək deputat bəyan edib ki, araşdırmanın nəticələrini gözləmək lazımdır.
“Mən bu məsələdə kimisə ittiham edə bilmərəm. Ölkənin hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırmalara başlayıb. Bizə araşdırmanın nəticələrini gözləməliyik”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, bir neçə gün öncə internetdə Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qubalıların ünvanına bir sıra ittiham və təhqirlərlə çıxış etdiyi videosüjet yayılıb, bu isə cümə axşamı kütləvi iğtişaşlara səbəb olub. Öncə iğtişaşlar rayonun İcra Hakimiyyətinin binası qarşısında başlayıb, sonra rayon polis idarəsinin binasının yanında etiraz aksiyasına çevrilib.
Etirazçıları nə R.Həbibovun üzr istəməsi, nə ölkənin nəqliyyat naziri Ziya Məmmədov, nə parlamentə bu regiondan seçilən deputat Vahid Əhmədov sakitləşdirməyə müvəffəq olmayiblar.
Vəziyyəti nizama salmaq üçün rayon ərazisinə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgərləri, zirehli texnika və yanğın nasosları daxil edilib.
Həmçinin, vəziyyətin sabitləşməsinə V.Əhmədovun R.Həbibovun tutduğu postdan azad edilməsi barədə verdiyi məlumat, həmçinin iğtişaşlar zamanı saxlanılan 22 nəfərin buraxılması yardım edib.
İğtişaşlar faktı üzrə cinayət işi qaldırılıb.