“Azərkosmos” ASC Yer səthinin zondla tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin hazırlanması, orbitə çıxarılması və sığortalanması xidmətləri göstərmək üçün şirkətlər seçir. Bu barədə ASC-nin məlumatında bildirilir.
ASC məhdud sayda şirkət arasında seçim aparacaq.
Yer səthinin zondla tədqiqatı üçün Azərbaycanın aşağı orbitli kiçik həcmli peykinin buraxılması 2013-cü ilə planlaşdırılır. Bu, “Azərkosmos”un kosmosa buraxmağı planlaşdırdığı ikinci peyk olacaq. 2012-ci ilin dördüncü rübündə Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında) Azərbaycanın ilk telekommunikasiya peyki AzerSat kosmosa buraxılacaq.