Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda məlumat verib.
“Görüş zamanı regional məsələlər, xüsusilə iqtisadi, siyasi, eləcə də sərhədyanı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.
O qeyd edib ki, “xüsusilə regionda baş verən hadisələrlə bağlı öz mövqelərimizi qonşularımıza çatdırmaq məqsədilə” belə görüşlərin müntəzəm olaraq ildə iki dəfə keçirilməsi planlaşdırılır.