Azərbaycan ümid edir ki, Fransa, Konstitusiya Şurası tərəfindən sənədin qanunsuz olduğunu tanıyandan sonra, bir daha “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu qəbul etmək cəhdlərinə təşəbbüs etməyəcək.
“Ümid edirəm ki, gələcəkdə bu növ addımlar atılmayacaq, çünki bu ən azı Fransa Respublikasının 300 ildən artıq rəhbər tutduğu prinsiplərinə ziddir”, - deyə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cümə günü jurnalistlərə bildirib.
O bəyan edib ki, ötən ilin sonunda Fransa Senatının qəbul etdiyi və Türkiyə və Azərbaycanda böyük narazılığa səbəb olan bu qanunun ləğv edilməsi barədə qərarı Bakı yalnız alqışlaya bilər.
Fransa prezidenti postuna bir sıra namizəd, fəaliyyətdə olan dövlət başçısı Nikola Sarkozi daxil olmaqla, seçkilərdə qələbə qazandığı halda Konstitusiya Şurası vasitəsilə bu qanunu qəbul etdirməyə söz verirlər.