Azərbaycan Prezidenti İlham Əliyev Quba rayon İcra Hakimiyyətinin başçısıRauf Həbibovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Müvafiq sərəncam rəsmi mətbuatda cümə günü dərc edilib.
Xəbər verildiyi kimi, bir neçə gün öncə İnternetdə yayımlanan Quba rayon İcra Hakimiyytəinin başçısı Rauf Həbibovun rayon sakinləri ünvanına söylədiyi təhqiramiz fikirlər səbəb olub, bu isə cümə axşamı kütləvi iğtişaşlara səbəb olub. Öncə iğtişaşlar rayonun İcra Hakimiyyətinin binası qarşısında başlayıb, sonra rayon polis idarəsinin binasının yanında etiraz aksiyasına çevrilib.
Etirazçıları nə R.Həbibovun üzr istəməsi, nə ölkənin nəqliyyat naziri Ziya Məmmədov, nə parlamentə bu regiondan seçilən deputat Vahid Əhmədov sakitləşdirməyə müvəffəq olmayiblar.
Vəziyyəti nizama salmaq üçün rayon ərazisinə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgərləri, zirehli texnika və yanğın nasosları daxil edilib.
Həmçinin, vəziyyətin sabitləşməsinə V.Əhmədovun R.Həbibovun tutduğu postdan azad edilməsi barədə verdiyi məlumat, həmçinin iğtişaşlar zamanı saxlanılan 22 nəfərin buraxılması yardım edib.
İğtişaşlar faktı üzrə cinayət işi qaldırılıb.