2012-ci il yanvar-fevral ayları ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29 fevral tarixinə 2,75% - $10 mlrd. 769,7 mln.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $10 mlrd. 481,5 mln. təşkil edib.
2011-ci ildə bankın valyuta ehtiyatları 63,5% artıb.
Bununla yanaşı, cari ilin fevral ayı ərzində AMB-nin valyuta ehtiyatları1,75% və ya $185,9 mln. artıb.