Ötən həftə hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 89 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda baş vermiş bədbəxt hadisələr nəticəsində 22 nəfər həlak olub, 29 nəfər yaralanıb, 5 nəfər intihar edib, 4 yanğın hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub.
Bundan başqa, 1 nəfər qətldə, 8 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 8 nəfər qarət və soyğunda, 19 nəfər oğurluqda, 1 nəfər avtomobil qaçırmaqda, 5 nəfər dələduzluqda, 3 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Həmçinin qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 24 fakt qeydə alınıb.