Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə martın 4-də Rusiyada keçirilən prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik məktubu göndərib.
“Sizin seçkilərdə qələbəniz Sizə və Sizin yürütdüyünüz siyasi, sosial sabitliyin təmin edilməsinə, ölkədə iqtisadi yüksəlişə və demokratik institutların gələcək inkişafına, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, dini, mənəvi dəyərlərin və ictimai həyatda normaların qorunmasına yönəlmiş proqrama rusiyalıların yüksək etimadının təsdiqidir”,- deyə dövlət başçısının saytında İ.Əliyevə istinadən bildirilir.
“Bizim ölkələrimiz arasında çoxəsrlik ənənələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, bizim birgə səylərimizlə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələr və strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra daha da möhkəmlənəcək və genişlənəcək.”,- deyə İ.Əliyev qeyd edib.
“Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm can sağlığı xoşbəxtlik və firavanlıq diləyirəm. Sizə dost Rusiyanın çiçəklənməsi naminə dövlət fəaliyyətinizdə böyük uğurlar arzulayıram” ,- deyə təbrik məktubunda bildirilir.