Novruz bayramı ilə əlaqədar olaraq İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə yarmarkalar təşkil edəcək. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Əhalinin ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, martın 10-dan 20-dək Bakı şəhərinin müxtəlif yerlərində yarmarkalar keçiriləcək.
Məlumatda qeyd edilir ki, məhsulların qiymətləri bazardakı qiymətlərlə müqayisədə daha ucuz olacaq.