“Azərsu” ASC su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulma işlərinin aparılması üçün podratçılar seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Elana əsasən, tender işləri aşağıdakıları nəzərdə tutur: Kür Sutəmizləyici Qurğular Kompleksində bina və qurğuların yenidən qurulmasını; su kəmərləri boyunca yanğın söndürən hidrantların quraşdırılmasını; Sanqaçal su nasos stansiyasının yenidən qurulmasını; H. Z. Tağıyev qəsəbəsindəki nasos stansiyası qurğularının yenidən qurulmasını; tədris mərkəzinin yaradılmasını; xlor təsərrüfatının yenidən qurulması və ya xlor təsərrüfatı yeni obyektlərinin tikintisini; zəif su təchizatı olan kəndlərdə su təchizatı sistemlərinin yaradılmasını.we
Tenderin şərtlərinə görə, şirkətlər qeyd edilən işlərin icrası üçün lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
Tender üzrə bütün işlər 2012-ci ilin sonuna kimi yerinə yetirilməlidir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək: qiymət, işlərin yüksək keyfiyyəti, analoji işlərin icra edilməsi təcrübəsi, texniki imkanlar və kadr potensialı.
Tenderdə iştirak üçün dövlət rüsumu işlərin hər bir istiqaməti üzrə 300 manat təşkil edir.
Tender üzrə təkliflərin qəbulu aprelin 23-nə qədər aparılacaq. Tender proseduru aprelin 24-də keçiriləcək.