Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xərclər smetasını müəyyən edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, respublikadakı QHT-lərə dəstək göstərən bu qurumun cari il üçün nəzərdə tutulan xərclərinin həcmi 1,769 mln. manat təşkil edib.