Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rəsmi mətbuatın məlumatına görə, görüş zamanı İ.Əliyev İ.Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Prezident respublikanın Tatarıstan ilə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
İ.Xalikov öz növbəsində, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq məlumat verib ki, onun başçılıq etdiyi nümayəndə heyətində Tatarıstanın hökumət strukturları, biznes, maliyyə və bank sektoru təmsil edilib.