Bazar ertəsi GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında GUAM-ın xarici işlər nazirləri tərəfindən Azərbaycanın 2012-ci ildə təşkilatda sədrliyinə dair “Azərbaycan Respublikasının Sədrlik Proqramı”na baxılıb. Bu barədə Xarici İşlər Nazirlərinin mətbuat xidmətindın məlumat verilib.
Milli Əlaqələndirmə Şurasına növbəti iclasda Proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.
GUAM-ın Xarici İşlər Nazirləri Şurasının Çexiya Respublikasında keçirilən iclasında “GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə dair Plan”ının razılaşdırılması barədə razılıq əldə olunub. XİNŞ Azərbaycan Respublikasının ATƏT-lə əlaqələri intensivləşdirmək və GUAM-ın Baş katibinin Vyanaya səfərinin təşkil olunması, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlayıb, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə edib.