Azərbaycan Baş prokurorluğu İvanovo vilayətində piyadanın ölümünə səbəb olan və 2,5 il koloniyaya məhkum edilən vətəndaşı Rusiyanın Baş prokurorluğuna verilməsini rədd edib. Bu barədə İvanovo vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat verib.
“2007-ci ilin oktyabrında 34 yaşlı Azərbaycan vətəndaşı İnşaatçılar prospektində qarşılıqlı hərəkət zolağına çıxaraq piyadanı ölümcül vurub. İlkin istintaqdan sonra o Rusiyanı tərk edib”, - deyə məlumatda bildirilir.
Azərbaycan vətəndaşı zərər çəkənin ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında təqsirli bilinib (RF Cinayət Məcəlləsinin 264-cü maddəsi, 2-ci hissə), lakin Lenin Rayon Məhkəməsinin onun barəsində 2,5 il azadlıqdan məhrum edilməsi hökmü qanuni qüvvəyə
minməyib.
“Hökmün şikayət verilməsinin müddəti onun surətinin yol-nəqliyyat hadisəsinin müqəssirinə verilən andan hesablanacaq. Lakin, Azərbaycan Baş prokurorluğu cinayət məsuliyyətinə cəlb edilmək üçün həmyerlisinin verilməsini rədd edib”, - deyə məlumatda bildirilir.