Martın 12-də Bakıda Azərbaycan-Xorvatiya biznes-forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Biznes-forum Xorvatiya prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək.
Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Azərbycan və Xorvatiya iş adamları iştirak edəcəklər.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.