Birləşmiş Millətlər Təşkilatının (BMT) Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) Qafqazda və Mərkəzi Asiyada çəyirtkə ilə mübarizəyə dair beşillik proqramı reallaşdırmağı planlaşdırır. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov rəsmi mətbuatda dərc edilən məqalədə qeyd edib.
İ.Abbasov vurğulayı ki, respublika ərazisində xüsusi təhlükəli zərərvericilərin təxminən 15 növü mövcuddur. “Ümumilikdə, ötən il zərərvericilərlə mübarizəni qənaətbəxş hesab etmək olar, bunun sayəsində məhsul itkisinin qarşısını almaq mümkün olub”, - deyə nazir məlumat verib.
“Qafqazda və Mərkəzi Asiya ölkələrində miqrasiya edən və digər növ çəyirtkəkimilərin idarə edilməsinin yaxşılaşdırırlması” layihəsi Azərbaycanla yanaşı, Rusiya, Əfqanıstan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda reallaşdırılacaq.
Proqramın ilkin büdcəsi $7,8 mln. təşkil edir
FAO 1945-ci ildə aclıq problemi ilə üzləşən dünyanın 70% kasıb əhalinin yaşadığı kənd rayonlarının inkişafı məqsədi ilə yaradılıb. Təşkilat inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə xidmət edir, inkişaf etməkdə olan və keçid iqtisadiyyatı ölkələrə kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatının üsullarının müasirləşdirilməsinə və təkmilləşdirilməsinə və hər kəsi lazımi qida ilə təmin etməkdə yardım edir.