Çərşənbə axşamı Bakıda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” adlı sərgi və konsert keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər Muzey Mərkəzində keçiriləcək. Sərgidə Azərbaycan rəssamlarından 53 müəllifin 66 rəsm, 14 heykəltəraşlıq, 33 foto əsəri nümayiş olunacaq.
Konsert proqramına Azərbaycanın xalq artistləri Murad Adıgözəlzadə, Murad Hüseynov, əməkdar artistlər Salman Qəmbərov, Emil Əfrasiyab, eləcə də İbrahim Nəsrullayev, Emil Həsənov və Vaqif Əliyevin çıxışları daxildir.