Martın 7-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Yaroslavl Dövlət Akademik Dram Teatrının və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının rəhbərliklərinin mətbuat konfransı keçiriləcək. Yaroslavl teatrının qastrollarına həsr edilən mətbuat konfransında Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski və Yaroslavl teatrının direktoruYuri İtin iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi yeni binada aşağıdakı ünvanda yerləşir: İçərişəhər, V.Mustafazadə küç. 6/10, “Sahibtac” biznes-mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07