Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndə heyəti Hannoverdə (Almaniya) dünyanın ən iri informasiya texnologiyaları (İT) sərgilərindən biri olan “CeBIT 2012” sərgisində iştirak edir. Bu barədə nazirliyin məlumatında bildirilir.
Bazar ertəsi konfransın rəsmi açılışında Almaniyanın federal kansleri Angela Merkel iştirak edib.
Azərbaycanın nümayəndə heyəti sərgidə sözügedən sahədə son illərdə əldə edilən nailiyyətləri nümayiş etdirəcək. Bundan başqa, Azərbaycan stendində ölkədə həm dövlət, həm də özəl şirkətlər tərəfindən həyata keçirilən layihələr nümayiş olunacaq.
Sərgidə kibercinayətkarlıq məsələləri müzakirə ediləcək.
Sərgi öz işini şənbə günü yekunlaşdıracaq. “CeBIT 2012” sərgisində dünyanın 70 ölkəsindən 4,2 min şirkət iştirak edir.