Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixeil Saakaşvili regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycanın rəsmi mətbuatının verdiyi məlumata görə, İ.Əliyev və M.Saakaşvili çərşənbə axşamı Bakıda keçirilən görüşdə yüksək səviyyədə qarşılıqlı səfərlərin vacibliyini qeyd edərək, Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.
Xəbər verildiyi kimi, M.Saakaşvili çərşənbə axşamı ikigünlük rəsmi səfərlə Azərbaycana gəlib.
Azərbaycan Prezidentinin rəsmi saytında dərc edilən məlumata görə, Gürcüstan rəhbərinin Bakıda rəsmi qarşılanma mərasimi keçirilib.
Danışıqların yekunlarına görə, bir sıra dövlətlərarası və hökumətlərarası sazişlərin imzalanması gözlənilir.
Bundan başqa, M.Saakaşvilinin çərşənbə günü Azərbaycan parlamentinin tribunasından çıxış edəcəyi gözlənilir.