Venesuela Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti çərşənbə axşamı məlumat verib.
XİN-in məlumatında qeyd edilir ki, ilkin mərhələdə Venesuela Azərbaycanda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq.