Bakının tarixi mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı aksiya keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Martın 7-də Qoşa Qala Qapısı Meydanında keçiriləcək aksiyada Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçılar Birliyinin üzvləri pulsuz olaraq arzu edən hər bir qadının şarjını çəkəcək.
Aksiya iştirakçılarına onların rəssam tərəfindən çəkilmiş şarjı və qızılgül hədiyyə olunacaq. Aksiya DJ Elio Sançezin ifasında müasir musiqi sədaları ilə müşayiət olunacaq.