Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarını təsdiq edib.
Bu qaydalar brokerlər, aktivlərin idarə edilməsi ilə məşğul olan şirkətlər, habelə investisiya fondları və lotereya təşkilatçılarının fəaliyyətinə nəzarət qaydalarını müəyyən edir.
Qaydalarda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məlumat və hesabatların təqdim olunması prosedurları göstərilib, bu istiqamətdə daimi nəzarətin həyata keçirilməsi mexanizmləri müəyyən edilib.