Rusiya yeni torpaqları işğal etməyə cəhd edir. Gürcüstan prezidenti Mixail Saakaşvili belə bəyan edir.
“100 il əvvəl olduğu kimi, Rusiya öz ərazisinə bütün yeni koloniyaları birləşdirmək istəyir”,- deyə M.Saakaşvili çərşənbə günü Azərbaycan parlamentində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, “tarix elə gətirib ki , hakimiyyətə gələn Kommunist partiyası Rusiya İmperiyasını yenidən yaratmaq qərarına gəlib”, - deyə M.Saakaşvili vurğulayıb.
“Bu, hakimiyyətdə olanların imperiya ambisiyalarına görə baş verdi və naməlum nəticələrə aparır”,- deyə o qeyd edib.
M.Saakaşvili Sovet İttifaqının guya Qərb ölkələrinin əlbirliyi ilə dağılması barədə fikirləri də qəbul etməyib.
“Sovet İttifaqı daxildən parçalandı, belə ki, insanlar artıq buna dözə bilmirdilər, çünki ittifaq tarixin gedişinə qarşı durmaq istəyirdi”, - deyə o bildirib.