Gürcüstan kimi bütün rusiyalıları ölkəyə işğalçılar kimi deyil, turist kimi dəvət edir. Bu barədə Gürcüstan prezidenti Mixeil Saakaşvili bəyan edir.
“Biz sizi (rusiyalıları) işğalçı kimi deyil, turist, biznesmen, rəssam, yazıçı, qonaq, tərəfdaş kimi salamlamağa şadıq”, - deyə M.Saakaşvili Azərbaycan parlamentinin tribunasından çıxışında Gürcüstanın Rusiya ilə viza rejiminin aradan qaldırılması barədə danışaraq bəyan edib.
“Bu (Gürcüstanın Rusiya ilə viza rejiminin aradan qaldırılması – İF-Az.) 140 milyon rusiyalıya dəvət göndərilməsi kimi görünür”, - deyə Gürcüstan lideri izah edib.
Bununla yanaşı, M.Saakaşvili qeyd edib, “başlanğıc üçün onlar (Rusiya – İF-Az.) özgə torpaqların işğalını dayandırmalı və etnik təmizləmələrin qarşısını almalı, həmçinin siyasi alətlər kimi dini fərqlərdən imtina etməlidirlər”. “Uzadılan əli rədd edən, mental fiziki divarlar yaratmağa üstünlük verən və indiyə qədər Avropa İttifaqı və NATO-nun genişlənməsində təhlükə görənlərə demək istərdim ki, 1991-ci ilin xoşbəxt dekabr günündə “soyuq müharibə” başa çatıb. Brüssel və Vaşinqtonda suverenliyin (Rusiyanın) sarsıdılması üzrə sui-qəsdlər mövcud deyil”, - deyə o qeyd edib.