Marşrut avtobusunun yük maşını ilə toqquşması bir nəfərin ölümünə, iki nəfərin xəsarət almasına səbəb olub.
“İnterfaks-Azərbaycan” agentliyinə respublikanın DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, marşrut avtobusunun “QAZ-53” markalı yük maşını ilə toqquşması cümə axşamı gecə Bakının Xəzər rayonunda baş verib.
Fakt üzrə araşdırma aparılır.