Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “elektron imza”ların kütləvi istifadəsinə tam hazırdır. Bu barədə nazirlikdən məlumat verilib.
“Nazirlik “elektron imza”nı kütləvi istifadəyə verməyə tam hazırdır, biz istənilən sayda imza hazır edək bilərik. Qanunvericiliyə uyğun olaraq, bu cür imzalar 3 illik müddətə verilir”, - deyə məlumatda qeyd edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası öz növbəsində “elektron imza”nın tariflərini azaltmaq məqsədi ilə imzaların daha az müddətə verilməsini təklif edir.
Fərdi şəxslər üçün “elektron imza”nın qiyməti 20-30 manat təşkil edir.