Rövnəq Abdullayev yenidən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti seçilib. Bu barədə Assosiasiyanın mətbuat xidməti cümə günü məlumat verir.
Assosiasiyanın qərargahında keçirilən hesabat-seçki konfransında iştirakçıların yekdil qərarı ilə AFFA-nın hazırki rəhbəri R.Abdullayev yenidən prezident postuna seçilib.
Bununla yanaşı, konfransda AFFA-nın İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib. Komitənin tərkibi dəyişməyib.