Martın 15-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin (BMGE) hazırladığı milli kostyumların yeni modellərinin nümayişi keçiriləcək. Bu barədə BMGE-nin bədiid rəhbəri Könül Vəlibəyli məlumat verib.
Yeni kostyumların modelləri Dövlət Rəqs Ansamblının və Dövlət Uşaq Filarmoniyasının artistləri tərəfindən klassik və milli musiqi sədaları altında nümayiş ediləcək. Xüsusilə, Geyim Evi təxminən 40 qadın və 12 uşaq kostyumları tamaşaçıların müzakirəsinə çıxaracaq.
İki il öncə yaradılan Bakı Milli Geyim Evi artıq Azərbaycan milli kostyumlarını xaricdə, xüsusilə Çin və Kuveytdə nümayiş etdirib.
Həmçinin martın 19-da BMGE 60-a qədər yeni kostyumları Dənizkənarı bulvarda nümayiş etdirəcək.
Cari ilin may ayında “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar BMGE “1969” qalereyasında yeni modellərin təqdimatını təşkil edir.