Azərbaycan Beynəlxalq Bankının (ABB) “Qızıl depozit” xidməti üzrə əmanətlərinin həcmi 2,2 dəfədən çox - 1,2 mln. manata qədər artıb. Bu barədə bankın məlumatda bildirilir.
“2012-ci ilin əvvəlinə bu xidmət çərçivəsində 541,6 min manat ümumi məbləğdə əmanətlərin sayı 3 təşkil edib. Halbuki, bu günə əqdlərin sayı 1,2 mln. manat ümumi məbləğdə 44-ə çatıb”, - deyə məlumatda qeyd edilir.
ABB “Qızıl depozit” xidmətini 2011-ci ilin noyabr ayından təklif etməyə başlayıb və hazırda ölkədə qızılın fiziki alışı olmadan qızılda nominal olunan depozit xidmətləri təklif edən yeganə bank təşkilatıdır.
“Qızıl Depozit” xidməti etibarlılıq və sabit gəlirə üstünlük verən müştərilərə yönəlib. “Qızıl Depozit”in rəsmiləşdirilməsi üçün ABB-yə şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir. Hesabın açılmasına görə komisyon haqqı tutulmur.
Əmanətin minimal məbləği 1 troy unsiyasının (31,1035 qram) ekvivalentinə (əmanətin rəsmiləşdirmə gününə olan bankın qızılın rəsmi qiymətinə uyğun olaraq) bərabərdir; əmanətin müddəti əmanətçinin seçimi üzrə 3 aydan bir ilə qədərdir. Bundan başqa, depozit həm də tələbolunanadək əmanət şəklində açıla bilər. Faizlərin ödənilməsi müddətin sonunda həyata keçirilir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.