Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu “Fransaya qarşı erməni terrorizmi” adlı kitab nəşr edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
İlk dəfə olaraq yeni nəşrdə XX əsrin əvvəllərindən başlayaraq müxtəlif erməni terror təşkilatlarının təkcə Fransada deyil, eləcədə Avropa və Asiyanın başqa ölkələrində, xüsusilə Roma, Beyrut və Almaniyada törətdikləri terror aktları xronoloji qaydada təqdim edilib.
Kitabda “Daşnaksütyun”, “Asala”, “3 oktyabr təşkilatı”,”Soyqrım əleyhinə erməni döyüşçüləri dəstəsi” və digər erməni terror təşkilatlarının cinayət əməlləri göstərilib. AMEA-dan bildirilib ki, kitab erməni terrorizminin dünya üçün nə qədər təhlükəli olduğunu açıq nümayiş etdirir.
Layihənin müəllifi AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayevadır.